Dünya futbolu

Bekhem Messi haqda: Artıq hər şey əldə olunub, amma…

“Inter Mayami”nin prezidenti Devid Bekhem 2026-cı il dünya çempionatı seçmə mərhələsinin 17-ci turunda Argentina ilə Venesuela oyunu (3:0) barədə öz sosial media hesabında paylaşım edib.

Aut.az xəbər verir ki, əfsanəvi futbolçu klubunun üzvü olan və yığmanın heyətində son rəsmi ev oyununu keçirən Lionel Messi haqda bu sözləri yazıb:

“Xüsusi axşam, unikal şəxsiyyət üçün. Artıq hər şey əldə olunub, amma o hələ də daha çox istəyir. Özü üçün yox, ölkəsi üçün. Argentina Leoya layiq olduğu şəkildə hörmət etdi. Təbriklər, Leo”, — deyə Bekhem yazıb.

Həmin oyunda Messi dublla yadda qalıb. Bu görüş 38 yaşlı forvard üçün milli komandadakı son ev oyunu ola bilər.

Argentina millisində Leo 194 oyuna çıxıb, 114 qol vurub və 61 məhsuldar ötürmə edib.