Boks

Əmindir: Revanş matçında hər şey fərqli olacaq

WBC versiyasında sabiq dünya çempionu Tayson Fyurinin meneceri Spenser Braun “Qaraçı kralı”nın ukraynalı boksçu Aleksandr Usiklə gələcək revanşı barədə danışıb.

Aut.az xəbər verir ki, Braun revanş döyüşündə Taysonun qalib gələcəyini bildirib.

“Revanş matçında hər şey fərqli olacaq və söhbət təkcə Taysonun komandasındakı dəyişikliklərdən getmir.

İlk döyüş yaxın keçdi, bəziləri deyir ki, Usik üç raund artıq qalib gəldi, bəziləri qələbəni Taysona verir, buna görə hamımız boksu sevirik. Sizə zəmanət verirəm, Tayson qayıdacaq və biz hamımız onun təkmilləşdirilmiş versiyasını görəcəyik. Mən əminəm ki, Tayson qalib gələcək, bundan sonra biz növbəti variantları nəzərdən keçirəcəyik”, – Braun bildirib.

Daha əvvəl Turki Əl-Şeyx bildirmişdi ki, WBC, WBA, WBO və IBO ağır çəkidə dünya çempionu Aleksandr Usik və keçmiş WBC çempionu Tayson Fyuri arasında revanş görüşü 21 dekabr 2024-cü ildə baş tutacaq.

Aut.az