Tayson bu döyüş üçün proqnoz verdi: Mən dedim ki…
Superağır çəkidə keçmiş dünya çempionu Tayson Fyuri (34-1-1, 24 KO) hesab edir ki, Entoni Coşua (28-4, 25 KO) IBF kəmərinin sahibi Daniel Dyubuanı (22-2, 21 KO) revanş döyüşündə məğlub edə bilməyəcək.
Aut.az xəbər verir ki, Fyurinin sözlərini “Seconds Out” sitat gətirib.
“İnsanlar bunun Entoni Coşuanın şousu olduğunu düşünürdülər. O, dünya çempionu ilə döyüşüb onu taxtdan salacaqdı və heç kim Dyubuaya hörmət etmirdi. Belə olmamalıdır. Mən dedim ki, niyə bu dünya çempionunun adına hörmətlə yanaşmırsınız?”
Düşünmürəm ki, Coşua cavab görüşündə qalib gələcək. Onun ikinci döyüşə razılaşacağınıda düşünmürəm”, – deyə Tayson bildirib.
IBF daha əvvəl Coşua ilə Daniel arasında revanş oyunu üçün son tarix təyin etmişdi – 2025-ci il, aprelin 22-si.
Coşuanın nokautla məğlubiyyətindən sonra müvəqqəti diskvalifikasiyası götürülüb və o, rinqə çıxmağa hazırdır. Xatırladaq ki, sentyabrın 21-də Coşua Londonda IBF superağır çəki dərəcəsində titulu uğrunda döyüşdə Dyubuaya məğlub olmuşdu.
Aut.az
