Boks

Dünya çempionunun bu VİDEOSU gündəm oldu: Qızı ilə birlikdə…

Boks dünyasının ulduzu Aleksandr Usik rəsmi TikTok hesabında qısa zamanda populyarlıq qazanan emosional video paylaşıb.

Aut.az xəbər verir ki, dünya çempionu qızı Mariya ilə birlikdə İvo Bobulun məşhur “Səninlə danışıram” mahnısının sədaları altında rəqs edib.

Kiçik Mariya atasının yanında dayanaraq ritmi hiss edirərək, hərəkətlərini təkrarlayıb və gülümsəməsini qoruyub. Videonun ab-havası səmimi, ailəvi və isti olduğundan izləyicilərin qəlbini fəth edib.

Şərhlərdə fanatlar duyğularını gizlətmir: bəziləri bunu “günün ən şirin anı” adlandırır, digərləri isə Usiki bu qədər zərif rolda görməyin onlar üçün gözlənilməz olduğunu yazır.

Xatırladaq ki, Aleksandr Usik britaniyalı Daniel Dyubuanı nokauta göndərərək ikinci dəfə super-ağır çəkidə (90,72 kq-dan yuxarı) mütləq dünya çempionu olub. Ukraynalı bu uğura çatan ilk idmançı kimi tarixə düşüb.

Aut.az