Usik elmi dərəcə aldı
WBC, WBA, WBO və IBO versiyaları üzrə ağır çəkidə çempion Aleksandr Usik fəlsəfə doktoru dərəcəsinə layiq görülüb.
Aut.az xəbər verir ki, 38 yaşlı boksçu Xarkov Milli Daxili İşlər Universitetində (XNUİA) dissertasiya müdafiə edib. Hüquq elmləri namizədi dərəcəsini alıb. Komissiyanın bütün üzvləri buna yekdilliklə səs veriblər.
Usikin dissertasiyasının mövzusu “Bədən tərbiyəsi və idman sahəsində beynəlxalq əməkdaşlığa inzibati və hüquqi dəstək” olub.
O, 2020-ci ilin sentyabrında Xarkov Milli Daxili İşlər Universitetinin qiyabi şöbəsinə daxil olub. Bundan əvvəl Lvov Dövlət Bədən Tərbiyəsi Universitetini bitirib və bu universitetin aspirantı olub.
Aut.az
