Ramos Argentina nəhəngində?
38 yaşlı ispan müdafiəçi Serxio Ramos karyerasını Argentinanın “Boka Xuniors” klubunda davam etdirə bilər.
Aut.az xəbər verir ki, “Fichajes”in məlumatına görə, futbolçuya Cənubi Amerikaya köçməyi “Real”ın keçmiş futbolçusu Fernando Qaqo təklif edib.
Ramos mövsümün əvvəlində “Sevilya”dan ayrıldıqdan sonra fəal şəkildə yeni komanda axtarır.
La Liqada təcrübəli müdafiəçi iki komandada (“Sevilya”, “Real”) 536 dəfə meydana çıxıb. O, həm də İspaniya çempionatında 77 qol vurduğu üçün ən məhsuldar mərkəz müdafiəçisidir.
Aut.az
