İspaniya

Kubokda “Real”a rəqib oldular, dəlicəsinə sevindilər- VİDEO

İspaniyanın dördüncü güclü divizionunda çıxış edən “Arandina” klubu üçün ölkə kubokunun 1/16 final mərhələsinin püşkatması əsl bayram olub.

Aut.az xəbər verir ki, bu mərhələdə “Arandina” kubokun 20 qat qalibi “Real” ilə oynamaq şərəfinə nail olub.

Püşkatmanın nəticəsi bəlli olunca, komanda üzvləri bunu böyük coşqu ilə qeyd ediblər.

Qeyd edək ki, “Arandina” cari turnirdə artıq iki mərhələ adlayıb, “Real Mursiya”nı (1:0) və La Liqa təmsilçisi “Kadisi” (2:1) mübarizədən kənarlaşdırıb. “Real” İspaniya Kubokunda mübarizəyə 1/16 final mərhələsindən başlayır.

Aut.az