21-ci əsrdə “Real”ın ən yaxşı futbolçusu: Nə Ronaldo, nə də Zidandır
Məşhur “Goal.com” internet nəşri 21-ci əsrin “Real Madrid” klubunun 25 ən yaxşı futbolçusunun reytinqini dərc edib.
Aut.az xəbər verir ki, siyahıda üçüncü yerdə 2018-ci ilin “Qızıl top”un qalibi, xorvatiyalı yarımmüdafiəçi Luka Modriç yer lıb.
İkinci yerdə “kral klubu”nu çalışdırmağı da bacaran əfsanəvi fransız Zinəddin Zidandır . ZiZu futbolçu kimi “Real”da 227 oyun keçirib, 49 qol vurub və 67 məhsuldar ötürmə edib. Portuqaliyalı Kriştiano Ronaldo 21-ci əsrdə “kral klubu”nun ən yaxşı futbolçusu kimi tanınıb. Əfsanəvi forvard “Real”ın heyətində 438 matçda 450 qol vuraraq klub tarixinin bombardiri olub. O, həmçinin 131 məhsuldar ötürmə edib.
Maraqlıdır ki, əfsanəvi braziliyalı Ronaldo Nazario reytinqdə cəmi 17-ci yeri tutub.
“Goal”a görə 21-ci əsrdə “Real”ın ən yaxşı 25 oyunçusu:
- Kriştiano Ronaldo (Portuqaliya)
- Zinəddin Zidan (Fransa)
- Luka Modriç (Xorvatiya)
- Serxio Ramos (İspaniya)
- Toni Kroos (Almaniya)
- İker Kasilyas (İspaniya)
- Kərim Benzema (Fransa)
- Raul (İspaniya)
- Pepe (Portuqaliya)
- Marselo (Braziliya)
- Vinisius Junior (Braziliya)
- Tibo Kurtua (Belçika)
- Qaret Beyl (Uels)
- Luiş Fiqu (Portuqaliya)
- Kazemiro (Braziliya)
- Dani Karvaxal (İspaniya)
- Ronaldo (Braziliya)
- Roberto Karlos (Braziliya)
- Xabi Alonso (İspaniya)
- Qonsalo İquaoin (Argentina)
- Quti (İspaniya)
- Məsut Özil (Almaniya)
- Anxel Di Maria (Argentina)
- Klod Makelele (Fransa)
- Cud Bellinqem (İngiltərə).
Aut.az
