İspaniya

UEFA “Barselona”nı cərimələdi: Saxtakarlığa görə

UEFA maliyyə feyr-pley qaydalarını pozduğuna görə “Barselona”nı cərimələmək qərarına gəlib.

Aut.az xəbər verir ki, bu cəza Kataloniya təmsilçisinə 2022/2023 mövsümündə yol verdiyi qayda pozuntularına görə verilib.

“Barsa” gəlirlərini səhv hesabat verməkdə ittiham olunur. UEFA-da xüsusi komissiya müəyyən edib ki, Kataloniya klubu qeyri-maddi aktivlərdən əldə etdiyi vəsaiti öz gəlir maddəsinə daxil edib.

“Barselona” apellyasiya şikayəti versə də, Klubların Maliyyə Nəzarəti Təşkilatının Apellyasiya Palatası cərimə ilə bağlı ilkin qərarı qüvvədə saxlayıb.

Aut.az