Messi Haalandı neçə xal üstələyib?
Jurnalist Fabritio Romano özünün Telegram kanalında Lionel Messi və Erlinq Haalandın “Qızıl top” üçün səsvermə zamanı əldə etdiyi xalları dərc edib.
“İnter Mayami”nin argentinalı futbolçusu 462, “Mançester Siti”nin norveçli hücumçusu isə 357 xal toplayıb.
Xatırladaq ki, oktyabrın 30-da Fransanın “France Football” qəzetinin ötən mövsümün nəticələrinə görə mükafatlandırma mərasimi baş tutub. Səsvermənin nəticələrinə əsasən, Amerikanın “İnter Mayami” klubunun və Argentina millisinin hücumçusu Lionel Messi “Qızıl top” mükafatını alıb.
Bu mükafat Messinin karyerasında səkkizinci mükafatı olub. Heç kim argentinalı hücumçu qədər “Qızıl top”u qazanmayıb. Futbolçu 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə nüfuzlu mükafata layiq görülüb.
Aut.az
