Messinin dostu Ramosu çaşdırmaq üçün bir dəqiqə şou göstərdi – VİDEO
“Tiqres”in qapıçısı Nauel Qusman həm də Messinin yaxın dostu kimi tanınır.
Aut.az xəbər verir ki, onların hər ikisi əslən Rosariodandırlar və gəncliklərində eyni komandada çıxış ediblər. Qapıçının müqaviləsində Leo geri dönərsə, onun doğma “Nyuells Old Boys”a buraxılmalı olduğu haqda bənd var.
Messidən fərqli olaraq Qusman çılğın davranışları sevir: hətta Dibu Martines də onun şoularına həsəd aparar. Məsələn, bir il əvvəl o, VIP lojadan “Monterrey”in qapıçının gözünə lazer göstəricisi vurduğuna görə 11 oyunluq cəza almışdı.
Nəhayət, Nauelin Meksikada layiqli rəqibi var – Serxio Ramos. Ölkə çempionatının 15-ci turunun matçında “Tiqres”in qapısına penalti təyin olunanda Qusman təcrübəli müdafiəçini çaşdırmağa çalışaraq demək olar ki, bir dəqiqə qapı xəttində atılıb-düşüb.
Amma bu hiylə Ramosla işləmədi. Rəqibinin hərəkətlərinə baxan ispan gülümsədi və zərbəni necə vuracağını göstərirmiş kimi jest etdi. Sonra “yaxşı” dedi və penaltini inamla qola çevirdi.
Amma Serxionun qolu “Monterrey”ə kömək etmədi: 78-ci dəqiqədə hakim komandanın iki oyunçusunu meydandan qovdu və bütün ikinci hissəni on nəfərlə keçirən “Tiqres” matçın sonlarında iki dəfə fərqləndi. Yekun hesab 2:1 Qusmanın komandasının xeyrinə oldu.
Aut.az
