Dünya futbolu

Libertadores Kubokunda ikinci yarımfinalçı da bəlli oldu

Braziliyada Libertadores Kubokunun 1/4 final mərhələsinin cavab oyunu başa çatıb və “Palmeyras” öz meydanında Argentinanın “River Pleyt” klubunu 3:1 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, qaliblərin heyətində Xose Lopez dubl edib,  “Barselona”nın keçmiş oyunçusu Vítor Roke də qol vurub.

İlk oyun da Braziliya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Beləliklə, “Palmeyras” turnirin ikinci yarımfinalçısı olub. Braziliya klubu bu mərhələdə “San Paulo” – “Kito” matçının qalibi ilə oynayacaq (ilk oyun 0:2 hesabı ilə başa çatıb).

Bundan əvvəl “Argentine Racing” yarımfinala yüksəlib.

Aut.az