Dünya futbolu

Onu ittiham edən qızın başı harada əzilib?

“Mançester Yunayted”in yarımmüdafiəçisi Antoni keçmiş sevgilisi Qabriela Kavallinin başı zədəli halda sosial şəbəkələrdə yayılan fotosuna münasibət bildirib.

“Mən ona toxunmadım. Mən heç vaxt ona əl uzatmamışam. Və mən heç vaxt kiminsə başına vura bilmərəm. Bu şəkli mənə göndərəndə, mən artıq getmişdim, evdə idim. Bundan əvvəl onunla oteldə idim və hər şey qaydasında idi.

Oteldə idik, qollarımı ona sarıb sakitləşdirdim – bir müddət sonra sakitləşdi. Danışdıq və evə getdim, çünki işim var idi”, – Antoni Braziliyanın SBT telekanalında deyib.

Xatırladaq ki, Antoninin keçmiş sevgilisi Qabriela Kavallin daha əvvəl “qırmızı şeytanlar”ın futbolçusunun ailədaxili zorakılığı barədə danışmışdı. Daha sonra Antoni yalan ittihamların qurbanı olması ilə bağlı açıqlama verib.

Daha sonra futbolçu Braziliya millisindən qovulub.

Aut.az