Dünya futbolu

“Əl-Əhli” dünya çempionunu hədəf aldı

Səudiyyə Ərəbistanının “Əl Əhli” klubu “Atletiko”nun  yarımmüdafiəçisi, dünya çempionu Rodriqo De Paulu transfer etmək üzərində işləyir.

Aut.az xəbər verir ki, vu barədə insayder Fabritsio Romano məlumat verib.

Onun sözlərinə görə, 29 yaşlı argentinalı, “Napoli”dən Peter  Zielinskini ala bilmədiyi üçün “Əl Əhli”nin transfer hədəfinə çevrilib.

Bildirilir ki, “Atletiko” ilə danışıqlar çox çətin keçir, lakin “Əl-Əhli” hələ də transferi təşkil etməyə ümid edir.

Bu mövsüm De Paul “Atletiko”nun heyətində bütün turnirlərdə 38 matçda 3 qol vurub və 8 məhsuldar ötürmə edib.

Aut.az