Dünya futbolu

Messi şou göstərdi, “İnter Mayami” 1/4 finala yüksəldi – VİDEO

MLS-in 1/8 final mərhələsinin 3-cü və həlledici matçı “İnter Mayami” və “Naşvil” komandaları arasında baş tutub.

Aut.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbə ilə başa çatıb.

Lionel Messi iki qol vurub, bir məhsuldar ötürmə edib. Beləliklə, “İnter Mayami” seriyada 2-1 qalib gələrək turnirin 1/4 finalına yüksəlib.

Aut.az