Dünya futbolu

Anton Krivotsyuk oynadı?

Futbol üzrə Cənubi Koreya çempionatında 3-cü turun oyunları keçirilib.

Aut.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Suvon”la qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib.

Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə mübarizə aparıb.

“Daejeon” hazırda 6 xalla 2-ci pillədə qərarlaşıb.