On il əvvəl 20 yaşlı Jeze Rodrigez “Real”ın gənclər komandasında bir mövsümdə 22 qol vurmaqla diqqət mərkəzinə düşmüşdü. Bundan bir müddət sonra gənc futbolçu Kriştiano Ronaldonun varisinə çevrildi. Ancaq çox çəkmədi ki, klubun qurtulmaq istədiyi oyunçulardan birinə çevrildi.
O, elə də uzun çəkməyən PSJ macərasından sonra “Stok Siti”, “Real Betis”, “Sportinq” (Lissabon), “Las Palmas”, “Ankaragücü” və “Sampdoriya” klublarında çıxış etdi. 30 yaşlı vinger artıq heç kimə lazım deyil. Nəticəd’ Jeze 2023/24 mövsümündə klubsuz qalıb. Bundan sonra karyerası əvvəlki kimi olmayacaq.
Amma o, bu vəziyyətdən narahat deyil. Çünki sevgilisi Aura Ruiz onu darıxmağa qoymur. Rodriguez “Real” üçün qol vurarkən, Ruiz model agentliklərini fəth edirdi. Xarici görünüşü reklam bazarında diqqətləri üzərində çəkdi. Beləcə, onun uğurlu model karyerası başladı. Daha sonra Aura realiti-şoulardan birinə iştirakçı kimi qatıldı. Ciddi qalmaqallar yaşasa da, layihənin qalibi oldu.
O, işini şəxsi həyatından üstün tutmur. Özündən 4 yaş kiçik futbolçu Jeze Rodriguezlə fərqli münasibətləri var. Hətta Jeze PSJ-yə transfer olunarkən işlərini təxirə salaraq onunla birlikdə Parisə köçüb.
Onların münasibətləri ilk dəfə ispaniyalı futbolçunun Fransadakı təqdimatı zamanı ortaya çıxıb. Rodrigez sevgilisinin yanından ayrılmayıb. Nəticədə fotoqrafların diqqəti cütlüyə yönəlib.
Onların olduqca çətin münasibətləri var Tez-tez ayrılır və bir-birlərindən qisas alırlar. Lakin bir il əvvəl yenidən bir araya gəliblər. Jeze bu dəfə Auraya evlilik təklifi edib və “hə” cavabını alıb.