Əfsanəvi futbolçu qəzaya düşdü: Möcüzə nəticəsində… – FOTO
Braziliya millisinin sabiq kapitanı Dunqa həftə sonu ağır qəzaya düşüb.
Aut.az xəbər verir ki, 1994-cü ilin dünya çempionu və həyat yoldaşı şənbə günü günortadan sonra San-Pauludan Kampina Qrande-du-Sula gedən şossedə gedərkən qəzaya düşüblə\r.
60 yaşlı əfsanəvi futbolçunun maşını aşıb, lakin Dunqa və həyat yoldaşı möcüzə nəticəsində ciddi zədədən xilas olublar.
Qəzadan sonra xəstəxanaya aparılsalar da, bir gün sonra evə buraxılıblar. Federal Avtomobil Yolları Polisi Dunqanı alkotesterlə sınaqdan keçirib və mənfi nəticə göstərib.
Polis qəzanın Braziliyada güclü yağış zamanı yolların sürüşkən olması səbəbindən baş verdiyini ehtimal edir.

Aut.az
