Məğlubiyyətin acığını kameradan çıxdı – VİDEO
Argentina millisinin qapıçısı Emiliano Martinez DÇ-2026-nın seçmə mərhələsində Kolumbiyaya uduzduqdan sonra (1:2) televiziya kamerasına zərbə endirib
Aut.az xəbər verir ki, görüş başa çatdıqdan sonra Martinez meydanın mərkəzində Kolumbiya millisinin futbolçuları ilə əl sıxıb. Bu anı operator lentə alıb. Daha sonra DÇ-2022-nin çempionu və ən yaxşı qapıçısı kamera ilə üzbəüz gəlib və ona zərbə endirib. Daha sonra heç nə olmamış kimi komanda yoldaşlarını qucaqlamağa davam edib.
Cənubi Amerika zonasında seçmə mərhələnin səkkiz turundan sonra Argentina millisi 18 xal toplayıb və turnir cədvəlində birinci yerdədir. Oktyabrın 9-da keçiriləcək növbəti matçda argentinalılar səfərdə Venesuela ilə qarşılaşacaq.
Aut.az
