Özünü öydü: Mən də onlarla eyni sıradayam
“Sportinq”in futbolçusu Viktor Qyökeres özünü dünyanın ən yaxşı hücumçularından biri hesab edir.
Aut.az xəbər verir ki, Viktor “Keyn, Levandovski və Haaland kimi dünyanın ən yaxşı hücumçuları arasında hansı yeri tutursunuz?” sualına belə cavab verib:
“ Təbii ki, mən də onlardan biriyəm. Yerimi müəyyən etmək çətindir, amma bəli, indi onlarla eyni sıradayam. Bunlar uzun illər ən yüksək səviyyədə oynayan və öz dəyərlərini məndən qat-qat artıq sübut edən görkəmli futbolçulardır.
Mənim tərəfimdən vəzifə odur ki, mövsümdən mövsümə belə səviyyəni qoruyum. “Sportinq”də bacardığımı hər yerdə təkrarlaya biləcəyimə əminəm. Siz hələ Qyökeresin ən yaxşı variantını görməmisiniz”.
Aut.az
