İnfantino təsdiqlədi: İran DÇ-də olacaq
İran millisi ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi Dünya Kubokunda iştirak edəcək.
Aut.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantino bu barədə Vankuverdə keçirilən FİFA Konqresində məlumat verib.
“Əlbəttə ki, İran ABŞ-da oynayacaq. Səbəb çox sadədir. Biz birləşməli və insanlar arasında əlaqələr qurmalıyıq. FİFA dünyanı birləşdirir. Biz həmişə müsbət münasibət saxlamağı unutmamalıyıq”, – deyə İnfantino bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevral ayının sonlarında İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Hazırda iki ölkə arasında müvəqqəti atəşkəs qüvvədədir.
İran millisinin Dünya Kubokunun qrup mərhələsinin bütün oyunlarını (Yeni Zelandiya, Belçika və Misirə qarşı) ABŞ-da keçirməsi planlaşdırılır. Turnir 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.
Aut.az
