Top-5-dən kənarda: Avropanın ən yaxşı futbolçuları
“Sofascore” statistik portalı top-5 liqaları nəzərə almadan Avropanın ən yaxşı futbolçularının reytinqini dərc edib.
Aut.az xəbər verir ki, oyunçular cari mövsümdə hər oyuna düşən orta xal əsasında qiymətləndirilib.
Reytinqin lideri “Sportinq”in hücumçusu Viktor Dyukeres olub (bir oyuna orta reytinq – 8,13). Bu mövsüm isveçli bütün yarışlarda 20 oyun keçirib, 24 qol vurub və 1 məhsuldar ötürmə edib.
Maraqlıdır ki, Ukrayna Premyer Liqasının iki təmsilçisi ilk onluqda yer alıb. “Şaxtyor Donetsk”in futbolçusu Georgi Sudakov dördüncü (7,94), “İnqulets”in qapıçısı Aleksey Palamarçuk isə altıncı yerdə (7,88) qərarlaşıb.
Top 5 liqa istisna olmaqla, Avropanın ən yaxşı oyunçularının reytinqi:

