Dünya futbolu

Ramos “Real”ın sabiq baş məşqçisini yeni klubuna təklif etdi

“Real”ın və İspaniya millisinin sabiq baş məşqçisi Julen Lopeteqi Meksikanın “Monterrey” klubunu çalışdıra bilər.

Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

Komandanın hazırkı baş məşqçisi Martin Demiçelis komanda bu mövsüm zəif çıxış etdiyi üçün qovulmaq ərəfəsindədir. Mənbənin sözlərinə görə, “Monterrey” klubunun mərkəz müdafiəçisi Serxio Ramos Madrid klubunda və milli komandada birgə çalışdığı 58 yaşlı ispaniyalının təyinatını klub rəhbərliyinə tövsiyə edib.

Artıq tərəflərin potensial əməkdaşlıqla bağlı danışıqlar apardığı bildirilir. Müzakirələr zamanı bir problem yaranıb. Məsələ ondadır ki, Lopeteqi sırf maliyyə baxımından cəlbedici təklif xatirinə Avropadakı karyerasını dayandırmağa hazırdır.

Xatırladaq ki, Julen Lopeteqi bu ilin əvvəlindən “Vest Hem”dən qovulduğu vaxtdan bəri işsizdir.

Aut.az