Lionel Messi PSJ azarkeşləri ilə münasibətindən danışıb.
“Klubu bəyəndiyim üçün PSJ-yə keçdim, çünki komandada kifayət qədər dostlarım və tanıdığım insanlar var idi. Mənə elə gəldi ki, uyğunlaşma mənim gedə biləcəyim digər komandalardan daha asan olmalı idi.
Amma həqiqət budur ki, uyğunlaşma gözlədiyimdən daha çətin, çox çətin oldu. Komandadakı insanları tanısam da, onlarla əlaqə saxlasam da, yeni dəyişikliklərə uyğunlaşmaq çətin idi.
Kluba gec qoşuldum, mövsümə hazırlıq olmadı. Ailəm və mən yeni şəhərə uyğunlaşmalı olduq. Bu asan deyildi.
Düşünürəm ki, əvvəlcə azarkeşlərin qəbulu çox yaxşı idi. Ancaq sonra onlar mənə fərqli yanaşdılar. Amma PSJ azarkeşlərinin bir hissəsi də var ki, mənə əvvəldə olduğu kimi davranmağa davam etdilər.
Məqsədim azarkeşlərlə münaqişə yaratmaq deyildi. Amma əvvəllər Neymar və ya Mbappe ilə də belə olub.
İnsanların mənə necə hörmət etdiyini həmişə xatırlayıram, çünki PSJ-yə keçəndən bəri hamıya hörmət etmişəm. Vəziyyət sanki lətifə kimi yadda qaldı”, – deyə Lionel Messi bildirib.
Aut.az