Türkiyə

“Fənərbağça”nın kapitanı bir il futboldan uzaqlaşdırıldı

Türkiyə Futbol Federasiyasının mətbuat xidməti “Fənərbağça”nın yarımmüdafiəçisi və kapitanı Mert Hakan Yandaşın mərc etdiyinə görə bir il müddətinə diskvalifikasiya olunduğunu bildirib.

Aut.az xəbər verir ki, intizam komitəsi 31 yaşlı oyunçunun diskvalifikasiyası barədə qərar qəbul etdi. O, danışılmış oyun işində dörd ay həbsdə saxlanıldıqdan sonra aprelin 3-də azadlığa buraxılıb.

Ötən il Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri İbrahim Hacıosmanoğlu futbol matçlarına mərc etdiyinə görə 149 hakimin işdən kənarlaşdırıldığını açıqlamışdı. Daha sonra məlum oldu ki, 1024 oyunçu da mərc etməkdə şübhəli bilinir.

Aut.az