BoksQaydasız döyüş

Poldan etiraf: Onun 1 milyonluq sparrinq təklifini kim rədd edib?

29 yaşlı məşhur amerikalı boksçu və bloqer Ceyk Pol maraqlı açıqlama verib.

Aut.az xəbər verirk i, UFC-nin yüngül çəki dərəcəsində müvəqqəti titul uğrunda sabiq iddiaçı olan ingiltərəli Peddi Pimbletin onunla 1 milyon dollar müqabilində sparrinq döyüş keçirməkdən imtina etdiyini bildirib:

“Peddi Pimblet üçün şəxsi təyyarə göndərməyə çalışdım ki, ABŞ-a gəlib mənimlə sparrinq etsin. Ona 1 milyon dollar verməyə hazır idim, amma cavab olaraq tam səssizlik oldu”, – deyə Polun sözlərini talkSPORT yayıb.

Pimbletin son döyüşü yanvarın 25-də ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 324 turnirində baş tutub. O, amerikalı Castin Qetji ilə üz-üzə gəlib. Qarşılaşma bütün beş raund davam edib və yekunda Qetji hakimlərin yekdil qərarı ilə qalib gəlib.

Hazırda Peddi Pimblet UFC reytinqində 6-cı pillədə qərarlaşıb.

Aut.az