Dünya futbolu

Uruqvaydan unikal dünya rekordu

Uruqvay millisi dünya çempionatlarının seçmə mərhələsində  unikal dünya rekordu müəyyənləşdirib.

Aut.az xəbər verir ki, uruqvaylılar dünya çempionatının seçmə mərhələsinə ardıcıl 12-ci qələbə ilə başlayıblar. Daha əvvəl heç kim belə bir nəticə əldə edə bilməyib.

Bu göstəricidə ikinci yerdə ardıcıl 10-cu dəfə mundialın seçmə mərhələsinə qələbə ilə başlayan Almaniya yığması qərarlaşıb.

Xatırladaq ki, sentyabrın 9-da Montevideoda, “Centenario” stadionunda keçirilən DÇ-2026-nın seçmə mərhələ oyununda Uruqvay Çilini qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.

Aut.az