Mendi “Trabzonspor”la müqavilə imzaladı
“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Aut.az xəbər verir ki, Super Liqa təmsilçisi “Anje”dən Batisa Mendini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.23 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
“Trabzonspor” Mendi üçün Fransa klubuna 4,40 milyon avro ödəyəcək.
