Futbolçunun dodağından öpən prezidenti nazir də qınadı
İspaniyanın Bərabərlik naziri İrene Montero İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesi 2023-cü il dünya çempionatının mükafatlandırma mərasimi zamanı futbolçunu öpdüyü üçün tənqid edib.
“Razılıq olmadan öpüşün məqbul bir şey olduğunu düşünməməliyik. Bu, hələ də nəzarət edə bilmədiyimiz cinsi zorakılığın bir formasıdır və qadınlar müntəzəm olaraq hamı tərəfindən nəzərə alınmadan bundan əziyyət çəkirlər”, – deyə “Daily Mail” nazirin sözlərini sitat gətirib.
Qeyd edək ki, Rubalis mundialın mükafatlandırma mərasimi zamanı futbolçunun dodağından öpmüşdü.
Aut.az
