“Real” daha bu bazarda “Barsa”nı rəqib hesab etmir
“Real” artıq Kataloniya klubundakı problemlərə görə oyunçu almaq uğrunda mübarizədə “Barselona”nı rəqib hesab etmir.
Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Madrid klubunun rəhbərliyi hesab edir ki, “Barselona” yüksək səviyyəli oyunçular uğrunda mübarizədə rəqib deyil, çünki onun “kifayət qədər problemləri var”. “Kral Klubu” əsas təhlükə İngiltərə Premyer Liqa klubları və Fransa PSJ-sini görür.
Qeyd edək ki, daha əvvəl “Barselona”nın baş məşqçisi Xavi cari mövsüm başa çatdıqdan sonra nəticələrdən asılı olmayaraq Kataloniya klubunu tərk edəcəyini açıqlayıb.
Mütəxəssis kluba 2021-ci il noyabrın 6-dan rəhbərlik edir. Onun rəhbərliyi altında Kataloniya klubu iki kubok – İspaniya çempionatı və İspaniya Superkubokunu (hər ikisi 2022/2023 mövsümündə) qazanıb.
Aut.az
