İngiltərəİspaniya

“Real”ın ulduzu “Siti”nin təklifini rədd etdi

“Mançester Siti” “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqanı heyətinə qatmaq üçün ilk təklifini edib.

Aut.az xəbər verir ki, fransız futbolçu “şəhərlilər”un rəhbərliyinə transferdə maraqlı olmadığını bildirib. O, İspaniya La Liqasını tərk etmək niyyətində olmadığını qeyd edib. Bu barədə insayder Mario Kortenhena məlumat verib.

“Real” isə Eduardonu 70 milyon funt sterlinqə satmağa hazır idi.

Qeyd edək ki, bu mövsüm Kamavinqa La Liqada 14 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin klubla müqaviləsi 2029-cu ilin iyununda başa çatır.

Aut.az