İngiltərə

“Yunayted”in əfsanəsi onu ələ saldı: Deyəsən şərab içib

“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin “qırmızı şeytanlar”ın “Liverpul”la oyunundan (2:2) sonra komandanın baş məşqçisi Erik ten Haqın nikbin sözlərinə tənqidi münasibət bildirib.

“Deyəsən, matçdan sonra bir neçə stəkan şərab içib. Bilmirəm nə qədər güclü idi, amma çox şən görünürdü, buna heyranam – mənim görmədiyim bir şeyi gördüyü açıq-aydın görünür.

“Mançester Yunayted” orta kəndli, kiçik bir klub kimi oynayır və necə qalib gələcəkləri bəlli deyil. İndi onlar 4-5-ci yerlər uğrunda mübarizə aparırlar. Ona görə də onun optimizmini bölüşmürəm. Bəlkə də buna görədir ki, mən indi bir az qocalmışam və qəmginəm”, – Roy Kin deyib.

“Mançester Yunayted” 31 oyundan sonra 49 xalla Premyer Liqa cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Aut.az