Maliyyə hesabatı açıqlandı: 100 milyondan artıq zərər
“Çelsi” rəsmi saytında 2022/2023 mövsümünün yekunlarına dair maliyyə hesabatını təqdim edib.
Aut.az xəbər verir ki, hesabat məlumatlarına əsasən, mövsümün sonunda vergidən əvvəl itkilər 105 milyon avro təşkil edib ki, bu da 2021/2022 mövsümündən 36 milyon avro azdır. Həmçinin bildirilir ki, “Chelsea FC Holdings Limited” qrupunun tarixində ilk dəfə dövriyyə 500 milyon funt-sterlinq (585 milyon avro) baryerini keçərək 481 milyon funt-sterlinqdən (562 milyon avro) 512 funt-sterlinqə (599 milyon avro) yüksəlib. Kommersiya gəliri 210 milyon funt-sterlinqə (245 milyon avro) çatıb.
Hazırda “Çelsi” 26 turdan 36 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində 11-ci yerdədir.
Aut.az
