Söyüş qadağasına görə boykot elan etdilər
Dünya Ralli Çempionatının (WRC) iştirakçıları kollektiv bəyanat yayıblar.
Aut.az xəbər verir ki, sürücülər Keniyada keçiriləcək növbəti mərhələ yarışında müsahibə verməyəcəklərini açıqlayıblar. Qərar Beynəlxalq Avtomobil Federasiyasının (FIA) kobud sözlərə görə daha sərt cəzalarına cavabdır.
“Biz FİA prezidentinə qaydalara müsbət dəyişikliklər edilməsi xahişi ilə müraciət etdik. Biz onları sistemli şəkildə izləyə biləcəyimizə zəmanət verə bilmərik. Birlik üzvləri müsahibə verməmək və ya danışmamaq qərarına gəliblər. Azarkeşlərdən üzr istəyirik”, – deyə bəyanatda bildirilir.
Qeyd edək ki, “Hyundai” komandasının sürücüsü Adrian Fourmaux İsveçdə keçirilən mərhələdə söyüş söydüyünə görə 10 min avro cərimələnib.
Aut.az
