“Barselona”nın apelyasiya şikayəti rədd edildi
“Barselona” klubunun baş məşqçisi Hans-Diter Flikin 2 oyunluq diskvalifikasiyasının ləğv edilməsi ilə bağlı apelyasiya şikayəti rədd edilib.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Almaniyalı mütəxəssis “Barsa”nın La Liqada növbəti iki oyununu – “Leqanes” və “Atletiko Madrid”i buraxacaq.
İspaniya Futbol Federasiyasının nizam-intizam komitəsi Fliki La Liqanın 16-cı turunun “Betis”lə oyununda (2:2) davranışına görə cəzalandırıb. Alman mütəxəssis qırmızı vərəqə aldığı hakimlə mübahisə edib.
Aut.az
