Dünya futbolu

Əfsanə sabiq klubuna baş məşqçi kimi qayıdır?

“Seltik” sabiq futbolçusu Robbi Kin klubun baş məşqçisi kimi geri qayıda bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

İrlandiyalı mütəxəssis klub rəhbərliyi tərəfindən mümkün namizədlər siyahısına daxil edilib. Hazırda Robbi Kin Macarıstanın “Ferensvaroş” komandasını çalışdırır. Onun komandası çempionatda 5-ci yerdə qərarlaşıb və liderdən 4 xal geri qalır.

Baş məşqçi postuna Robbi Kinlə yanaşı, keçmiş “İpsviç” çalışdırıcısı Kiran MakKenna və qısa müddət öncə “Nottingem”i tərk edən Anje Postekoglu da namizəddir.

Qeyd edək ki, bir müddət əvvəl Brendon Rodcers “Seltik”in baş məşqçisi postunu tərk edib. Hazırda Şotlandiya Premyer Liqasında 9 turdan sonra 17 xal toplayan “Seltik” ikinci pillədə qərarlaşıb.

Aut.az