Yayda nəhənglər onun üçün yarışacaq
“Parma”nın müdafiəçisi Covanni Leoni karyerasını başqa klubda davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat yayıb.
Mənbənin sözlərinə görə, 18 yaşlı italiyalı futbolçu ilə “Yuventus” və “İnter” maraqlanır. Hər iki klub yay transfer pəncərəsində onu heyətinə qatmaq üçün yarışacaq.
Bu mövsüm Leoni İtaliya çempionatında 12 oyun keçirib, 1 qol vurub.
Aut.az
