İtaliya

48 yaşlı əfsanə karyerasını bərpa edir? – Bir neçə aydan sonra…

“Roma”nın əfsanəvi kapitanı Françesko Totti yenidən meydana qayıtması haqda danışıb.

Aut.az xəbər verir ki, sentyabrda 48 yaşı tamam olan italyan yarımmüdafiəçi hələ də ounla maraqlanan klubların olduğunu bildirib:

“Son vaxtlar mənimlə əlaqə saxlayırlar. Həyatda heç vaxt “heç vaxt” deyə bilməzsən. Keçmişdə təqaüdə çıxdıqdan bir neçə il sonra meydana qayıdan oyunçular olub. A Seriyasında oynamaq üçün çox yaxşı məşq etməliyəm.

Bu yaxınlarda A Seriyasının bəzi klubları mənimlə maraqlandılar. Bu, bir ay əvvəl baş verdi və məni bir az dəli, bir az da narahat etdi. Özümdən soruşdum: “Niyə illər keçsə də, hələ də mənimlə maraqlanırlar?” Məşqlərə başlasam, bir neçə aydan sonra hazır olaram”.

Qeyd edək ki, Totti futbolçu karyerasını 2017-ci ildə başa vurub. O, yalnız “Roma”nın formasını geyinib.