İtaliyaDünya futbolu

İtaliya və Fransa qanun qəbul edəcək: Superliqaya qarşı

İtaliya və Fransa hökumətləri klublarından hər hansı birinin Super Liqaya qoşulmasına mane olacaq qanun qəbul etmək niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Xatırladaq ki, dekabrın 21-də, cümə axşamı hüquqi orqan FİFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən hərəkətlərini qanunsuz kimi tanıyıb. Hazırda Superliqanın iştirakçıları siyahısında yalnız “Barselona” və “Real Madrid” var.

Qeyd edək ki, ilk günün sonuna kimi top 5 liqadan olan 17 Avropa klubu UEFA-ya dəstək verərək, açıq şəkildə Avropa Superliqasında iştirakdan imtina edib.

Aut.az