Qardaşını yada saldı, ağladı – FOTOLAR
Lucano Spalletti, nəhayət İtaliya çempionu oldu. O, A Seriyasında 64 yaşında qalib gəlməyi bacardı.
Aut.az xəbər verir ki, oyundan sonra Luçano müsahibə verib və Skudettoya gedən yolda ona kömək edən hər kəsə təşəkkürünü çatdırıb:
“Qızım Matildaya, hər zaman dəstək olacaq bir ailəyə təşəkkür edirəm. Bütün dostlarıma, qardaşım Marçelloya…”
Bu zaman Spalletti susub və gözləri dolub. Onun kövrəldiyini görən xanım jurnalist əlini Spallettinin kürəyinə çəkərək təsəlli verib.
Məsələ burasındadır ki, Spalleettinin qardaşı 4 il əvvəl vəfat edib.


Aut.az
