Böyük gecədə ağlasığmaz qonorar
Ağır çəkidə WBC versiyası üzrə dünya çempionu Tayson Fyurinin (33-0-1, 24 KO), WBA, WBO və IBF kəmərlərinin sahibi Aleksandr Usikin (20-0, 13 KO), sabiq çempionlar Entoni Coşua (24-3, 22 KO) və Deontey Uaylderin (43-2-1, 42 KO) dekabr ayında Səudiyyə Ərəbistanında keçiriləcək döyüşdə alacaqları qonorar məlum olub
Ödənişlər təxminən bu qədər olacaq:
Tayson Fyuri – 90 milyon funt sterlinq (103 milyon avro)
Aleksandr Usik – 50 milyon funt sterlinq (57 milyon avro)
Entoni Coşua – 30 milyon funt sterlinq (34 milyon avro)
Deontey Uaylder – 30 milyon funt sterlinq (34 milyon avro).
Daha əvvəl bildirilmişdi ki, Aleksandr Usik və Tayson Fyuri, eləcə də Entoni Coşua və Deontey Uaylder 2023-cü ilin dekabrında keçiriləcək böyük boks gecəsi çərçivəsində görüşməlidirlər.
Aut.az
