Boks

Təyyarədə Taysonun halı pisləşdi: Həkim çağırdılar

Əfsanəvi boksçu Mayk Tayson Mayamidən Los-Ancelesə uçarkən təcili tibbi yardıma ehtiyac duyub.

Aut.az xəbər verir ki, sabiq boksçunun təyyarənin göyərtəsində ürəkbulanma və başgicəllənmə hiss etməyə başladığı iddia edilir. Hadisə şahidinin dediyinə görə, təcili tibbi yardım işçiləri Taysonu müayinə etmək üçün təyyarəyə miniblər.

Taysonun komandasının üzvü, 57 yaşlı boksçunun “əla olduğunu” bildirən paylaşım edib.

O, enişdən 30 dəqiqə əvvəl xoraya görə ürəkbulanma və başgicəllənmə hiss etməyə başladı. Tayson ona kömək edən tibb işçilərinə minnətdardır”, – deyə “US Weekly” Tysonun komandasının üzvündən sitat gətirib.

İyulun 20-də Tayson ağır çəki dərəcəsində bloger Ceyk Polla döyüşəcək.

Aut.az