Dünya futbolu

Ronaldonun rekordunu belə qeyd etdilər – VİDEO

Səudiyyə Ərəbistanı çempionatının sonuncu – 34-cü turunda “Əl-İttihad”la qarşılaşmada (4:2) “Əl-Nəsr”in forvardı Kriştiano Ronaldonun dubla imza atdığı və bunun sayəsində  35 qolla bombardir olduğu barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, portuqaliyalı superulduz eyni zamanda çempionat tarixində bir mövsümdə ən çox fərqlənən futbolçu olub.

Mövsümün son matçı bitdikdən sonra Ronaldonun komanda yoldaşları onun bu 2 uğurunu xüsusi formada qeyd ediblər. Onlar elə meydanda 39 yaşlı forvard üçün dəhliz açıb və futbolçulara xas olan şəkildə təbrik ediblər.