Dünya futbolu

“Əl-Nəsr”ə gəlişindən danışdı: Ronaldo dəvət etməsəydi…

“Əl-Nəsr”in yeni baş məşqçisi Jorje Jesuz Səudiyyə Ərəbistanının klubuna rəhbərlik etməsi barədə ilk dəfə danışıb.

Aut.az xəbər verir ki, o, həmyerlisi Kriştiano Ronaldonun çıxış etdiyi komandaya gəlişi haqda bu sözləri deyib:

“Mənə Səudiyyə Ərəbistanı xoşdur. Bu, həm futbol, həm də digər sahələr baxımından gələcəyin ölkəsidir. Buraya qayıtdığım üçün şadam. Mən həmişə burada özümü xoşbəxt hiss etmişəm. Həmişə qalib gəlmişəm və indi yenidən bunu bacarmağa çalışacağam.

Kriştianoya gəlincə, o dəvət etməsəydi, burada olmazdım. Ronaldo hansı ölkədə oynayıbsa, orada hər şeyi qazanıb, bircə Səudiyyə Ərəbistanından başqa. Görək, bu il ona bu işdə kömək edə biləcəyəmmi.

Biz eyni dili danışırıq, hər şey asan olacaq. Kriştianonun mənə verdiyi bu çağırışı rədd edə bilməzdim”.

Qeyd edək ki, o, bu ölkədə “Əl-Hilal” klubunu çalışdırıb.

Aut.az