Neymardan jest: Doğma klubuna qayıtmaq üçün bu addımı atmağa razıdır
“Əl-Nəsr”in futbolçusu Neymar Braziliyanın “Santos” klubuna qayıtmaq üçün maliyyə güzəştlərinə getməyə razıdır.
Aut.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 32 yaşlı vinger danışıqları sürətləndirmək və yetirməsi olduğu kluba transferi asanlaşdırmaq üçün Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda maaşının əhəmiyyətli hissəsindən imtina etməyə hazırdır.
Neymarın bu qış Braziliya klubuna keçəcəyi gözlənilir . Eyni zamanda həm futbolçunun icarəyə verilməsi, həm də “Əl-Hilal”la bu yay başa çatan müqavilənin ləğvi məsələsi də nəzərdən keçirilir.
Xatırladaq ki, cinah hücumçusu 2013-cü ilə qədər “Santos”da çıxış edib. Daha sonra “Barselona”ya keçib.
Aut.az
