Fransa klubunun baş məşqçisi 58 yaşında öldü
“Brest” komandasını çalışdıran fransız məşqçi Erik Roy 58 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, “L’Equipe” bu faciəli xəbəri Royun ailəsinə istinadən yayıb.
Mütəxəssis son üç il yarım ərzində mədəaltı vəzi xərçəngi ilə mübarizə aparsa da, məşqçilik işini davam etdirib. Roy 2023-cü ildən “Brest”ə rəhbərlik edib.
Fransız məşqçinin rəhbərliyi altında Brest tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb. Son Liqa 1 mövsümündə “piratlar” 12-ci yeri tutub.
Karyerası ərzində Roy həmçinin “Nitsa”da məşqçi, “Uotford” və “Lans”da idman direktoru vəzifələrində çalışıb.
Aut.az
