Qardaşının ölümündən sonrakı durumundan danışdı: Beynim işləmirdi
“Arsenal”ın sabiq futbolçusu Bakari Sanya Dioqo Jotanın ölümünün “Liverpul”a necə təsir edə biləcəyi haqda danışıb.
Aut.az xəbər verir ki, Sanya qardaşı vəfat edərkən özünün üzləşdiyi dürmü haqda da etiraflar edib.
“Onlar (oyunçular) hər zaman bu barədə düşünəcəklər. Çünki paltardəyişmə otağında bir boş yer olacaq. Naharda bir boş yer olacaq. Avtobusda bir boş yer olacaq, ona görə də mən onları mütləq danışmağa təşviq edirəm.
Əvvəla, biz insanıq. Biz bütün ailəmizlə deyil, oyunçularla daha çox vaxt keçiririk. Bunun niyə və necə baş verdiyini izah etmək çətindir, amma təəssüf ki, davam etməliyik və bununla məşğul olmağa çalışmalıyıq, lakin bu, çətin olacaq.
2008-ci ildə qardaşımın ölümündən sonra fikrim meydanda deyildi. “Arsenal”dakı ikinci mövsümüm idi. Uşaq səhvləri etməyə başladım. Topa nəzarət etmək çətin idi. Beynim işləmirdi.
Beləliklə, eyni şey “Liverpul”iun bəzi oyunçularının başına gələ bilər. Onlar futbola tam diqqət yetirə bilməyəcəklər, çünki hər zaman bu haqda düşünəcəklər.
İdman psixoloqu ilə söhbət etməli oldum. Həyatdan danışdıq, çox şeylər danışdıq, ən əsası isə rahatlıq hiss etdim. Düşünürəm ki, bəlkə “Liverpul”un oyunçuları da bunu etməyə çalışmalıdırlar”, – “Arsenal”ın keçmiş müdafiəçisi deyib.
Aut.az
