ÇL-in beşqat qalibi seçim qarşısında
Yayda “Mançester Yunayted”dən ayrılacağı təsdiqlənən Kazemiro karyerasını davam etdirmək üçün variant qıtlığı yaşamayacaq.
Aut.az xəbər verir ki, “Daily Mail” nəşrinin məlumatına görə, 33 yaşlı yarımmüdafiəçiyə Səudiyyə Ərəbistanı Pro Liqası, ABŞ və vətəni Braziliyadan maraq var.
Çempionlar Liqasının beşqat qalibinin xidmətində maraqlı olan klublardan biri də azad agent kimi transfer variantını nəzərdən keçirən “Los Anceles Qalaksi”dir.
Aut.az
