Azarkeşlərdən kömək istədilər: Komandanı ölməyə qoymayın
Xeyli borcu olan və dağılmaq təhlükəsi ilə üzləşən Niderlandın “Vitess” klubu xilas üçün kampaniyaya başlayıb.
Aut.az xəbər verir ki, komandanın baş məşqçi Con van den Brom bu məqsədlə azarkeşlərə müraciət edib.
“İndi klubu dəstəkləməyin vaxtıdır. Ona görə də mən bu təşəbbüsə “Vitess”in bir neçə sabiq üzvü ilə başlamaq istərdim. Mən hər kəsi klubumuzu xilas etmək üçün kütləvi şəkildə ayağa qalxmağa çağırıram. “Vitess” yox olmamalıdır”, – van den Brom deyib.
Klubun maliyyələşməni təmin etmək və lisenziyalaşdırma komitəsinin tələblərinə cavab vermək üçün iki həftə vaxtının olduğu bildirilib.
Aut.az
