Almaniya millisinin keçmiş qapıçısı İke İmmel çətin maliyyə vəziyyəti ilə gündəmə gəlib. O, dostlarının sayəsində həyatda qalmağa çalışır.
İmmel uzun illər ən yüksək səviyyədə oynayıb. Alman futbolçunun macərası Dortmund “Borussiyası”nda başlayıb. O, uzun müddət “Ştutqart”ın da qapısını qoruyub. Karyerasını “Mançester Siti”də başa vurub.
Bundan əlavə, qapıçı mütəmadi olaraq milli komandaya çağırılıb. Xüsusən də 1982 və 1986-cı illərdə almanların gümüş medal qazandığı Dünya Çempionatında oynayıb. 1980-ci ildə isə bundestimlə Avropa çempionu olub. Futbolçu karyerasını 1997-ci ildə başa vurub.
Futboldan ayrıldıqdan sonra İmmel Fransada dəyəri 1 milyon avrodan çox olan evdə yaşayıb. O, karyerası ərzində qazandığı pulu çoxaltmaq istəyib. Bu yöndə addım atarkən bir sıra səhv investisiya qərarları verib. O, eyni zamanda pis vərdişlərin qurbanı olub. Qumarda böyük pullar itirib.
Nə vaxtsa o, xərclərinə nəzarəti itirib. 2008-ci ildə məhkəmə ondan 900 min avro tələb edib. Eyni zamanda həyat yoldaşı boşanmaq üçün ərizə verib və valideynlik hüquqlarından imtina etməyi tələb edib.
Bu zaman İmmel müflis oldu. Onun əmlakı hərracda satılıb. Bundan sonra keçmiş qapıçı Almaniyaya qayıdıb. O, Stadtallendorfda mənzil kirayələyib və 1138 avro müavinətlə yaşayır.
Lakin 63 yaşlı kişi bu məbləğin böyük hissəsini daşınmaz əmlakın kirayəsinə və kommunal ödənişlərə xərcləyir. Ona dostları kömək edir: biri restoranda pulsuz yeməklə təmin edir, digəri isə öz təmizlik şirkətinin köməyi ilə evin qayğısına qalır.
İmmel indi peşmandır. O, həyat vəziyyətini dəyişmək istəyir. Keçmiş futbolçu heç bir xüsusi keyfiyyətlə öyünə bilməsə də, əsas məqsədinin normal vəziyyətə qayıtmaq və müavinətdən xilas olmaq istəyir.
Aut.az